Türkiyənin "Qalatasaray" komandası Çempionlar Liqasındakı qrup mərhələsinin oyunları üçün sifariş vərəqini UEFA-ya təqdim edib.
Komandanın baş məşqçisi Fatih Terim siyahıya 20 oyunçu daxil edib.
Qapıçılar:Fernando Muslera, Okan Koçuk.
Müdafiəçilər: Şener Özbayraklı, Mariano Ferreyra, Kristian Luyindama, Markao, Ömer Bayram, Yuto Naqatomo.
Yarımmüdafiəçilər:Jan Mikael Seri, Stiven Nzonzi, Mario Lemina, Selçuk İnan, Sofyan Fequli, Rayan Donk, Rayan Babel,Yunes Belhanda.
Hücumçular:Adem Büyük, Florin Andone, Emre Mor və Radamel Falkao yer alıblar.
Qeyd edək ki, "Qalatasaray" Çempionlar Liqasının qrup mərhələsində "Real Madrid" (İspaniya), "Paris Sen-Jermen" (Fransa) və "Brügge" (Belçika) ilə qarşılaşacaq.