Xəzər Xəbər

De Liqt: "Vertonqen "Ayaks"da oynayarkən örnəyim olub"

İdman | 17:04 • 4 Sentyabr 2019
De Liqt: "Vertonqen "Ayaks"da oynayarkən örnəyim olub"

Hollandiyada ötən mövsümün ən yaxşı futbolçusu seçilən Matteis de Liqt "De Telegraaf" nəşrinə danışıb.

"Yuventus"un 20 yaşlı müdafiəçisi maraqlı açıqlamalar verib:

"İndi 20 yaşım olsa da, 19 yaşında olarkən göstərdiyim performansın mükafatını alıram. Bunun üçün qürur duyuram. Kroyff, Van Basten, Kuman və Qullit kimi holland futbolçuların adını eşidib, bəyənsək də, təəssüf ki, onların oyununu canlı izləməmişəm."Tottenhem"də çıxış edən Yan Vertonqendə daha çox özəllik tapıram. "Ayaks"da oynayarkən mənim örnəyim olub. Onunla tez-tez danışıram".

Hollandiya millisinin üzvü gələcək planlarından danışıb:

"İtaliyada hər futbolçunun inkişafı üçün xüsusi proqramlar hazırlanır. Yeni ölkədəyəm və heç bir şeyin asan şəkildə olmadığını bilirəm. Qazandığım bu mükafat Hollandiyanın yeni futbol nəslini tanış edir. Kuman, Van Persi, Robben köhnə nəslin futbol nümayəndələridir. Onlar kimi adımı tarixə yazdırmaq istəyirəm. İtaliyada uğurlu olmaq üçün çox çalışacam".


Xəbər lenti