Xəzər Xəbər

Lazar Markoviç "Partizan"a qayıtdı

İdman | 15:09 • 4 Sentyabr 2019
Lazar Markoviç "Partizan"a qayıtdı

İngiltərənin "Fulhem" klubundan ayrılan Lazar Markoviçin yeni klubu müəyyənləşib.

29 yaşlı vinger yetirməsi olduğu Serbiyanın "Partizan" klubuna qayıdıb. Klub saytının məlumatına görə, serbiyalı futbolçu ilə üç illik müqavilə imzalanıb.

Markoviç2013-cü ildə "Partizan"dan "Benfika"ya, bir il sonra isə "Liverpul"a transfer olmuşdu. Serbiya yığmasının üzvü "Fənərbaxça", "Sportinq", "Hall Siti", "Anderlext" klublarında icarə əsasında çıxış edib.

Xəbər lenti