Xəzər Xəbər

"Barselona"dan Neymar açıqlaması: "Dünya futbolu üçün gülüş mənbəyi olmayacağıq"

İdman | 16:13 • 3 Sentyabr 2019
"Barselona"dan Neymar açıqlaması:

"Barselona"nın prezidenti Xosep Mariya Bartomu Neymarın transferinin baş tutmaması ilə bağlı danışıb.


Klub başçısı PSJ-nin tələblərinə görə keçidin alınmadığını bildirib. Onun sözlərinə görə, PSJ 150 milyon avro, həmçinin 3 futbolçu – Jan-Klera Todibo, İvan Rakitiç və Osman Dembelenin icarə verilməsini istəyib.


"Hər şey bitdi. Biz bütün dünya futbolu üçün gülüş mənbəyi olmayacağıq" - deyə Bartomeu qeyd edib.


Qeyd edək ki, Neymarın PSJ ilə müqaviləsinin müddəti 2022-ci ilin yayında başa çatır.


Fanat.Az

Xəbər lenti