"Yuventus”un ulduz futbolçusu Kriştiano Ronaldo vəsiyyətnamə yazıb.
AS nəşri xəbər verir ki, portuqaliyalı hücumçu vəkili iləvəsiyyətnamənin detallarını müzakirə edib.
Ronaldonun əsas varisi sevgilisi Corcina Rodriges olacaq.
34 yaşlı futbolçunun var-dövləti 300 milyon avronu aşır.
Ronaldo və Rodriges 2018-ci ildən birgədir. Cütlüyün bir qız övladı var. Onun digər üç oğlan övladı surroqat qadındandır.