Xəzər Xəbər

Martin Şkrtel yenidən Türkiyə klubunda

İdman | 15:42 • 3 Sentyabr 2019
Martin Şkrtel yenidən Türkiyə klubunda

21 gün əvvəl İtaliyanın "Atalanta" klubu ilə müqavilə imzalayan, lakin komandadan ayrılan slovakiyalı müdafiəçi Martin Şkrtel Türkiyəyə qayıdıb.

34 yaşlı futbolçu "Başakşəhər"ə transfer olub. Klub saytı müqavilənin detallarını açıqlamayıb.

"Atalanta" təcrübəli futbolçunun fiziki cəhətlərindənrazı qalmadığı üçün müqaviləsini ləğv etmişdi.

Şkrtel "Trençin", "Zenit", "Liverpul" və "Fənərbaxça" klublarında çıxış edib.

Xəbər lenti