Xəzər Xəbər

Konoplyanka Ukraynaya qayıtdı

İdman | 15:16 • 3 Sentyabr 2019
Konoplyanka Ukraynaya qayıtdı

"Şaxtyor" Almaniyanın "Şalke" klubunun vingeri Yevgen Konoplyankanı transfer edib.

XəzərXəbər klub saytına istinadən xəbər verir ki, Donetsk təmsilçisi ukraynalı futbolçu ilə üç illik müqavilə imzalayıb. 29 yaşlı futbolçunun keçidi üçün ödənilən təzminat qiyməti açıqlanmayıb.

Peşəkar karyerasına "Dnepr"də başlayan futbolçu 2015-ci ildə "Sevilya"ya transfer olmuşdu. "Şalke" Konoplyankanı 2016-cı ildə əndəlüsiyalılardan icarəyə götürmüşdü və sonradan 12 milyon avro ödəyib, transfer hüququna yiyələnmişdi.

Xəbər lenti