Xəzər Xəbər

PSJ Neymarı "Barselona"ya yox, "Real"a satmaq niyyətindədi

İdman | 17:31 • 23 Avqust 2019
PSJ Neymarı "Barselona"ya yox, "Real"a satmaq niyyətindədi

PSJ Neymarı "Barselona"ya satmaq istəmir.


"El Chiringuito"nun xəbərinə görə, PSJ braziliyalı forvardın transferi ilə bağlı "Real"la danışıqlar aparmağa hazırdı. Madrid klubunun təmsilçilərinin hazırda Parisdə olduğu bildirilir.


2018-19 mövsümündə Liqa 1-də 17 matçda meydana çıxan Neymar 15 dəfə fərqlənməklə yanaşı, 8 qol ötürməsinin müəllifi olub.


Fanat.az

Xəbər lenti