Xəzər Xəbər

"VAR xoşuma gəlmir" - Salah

İdman | 11:15 • 22 Avqust 2019
"VAR xoşuma gəlmir" - Salah

"Liverpul"un futbolçusu Məhəmməd Salah VAR haqda danışıb.

Misirli hücumçu videotəkrar sistemini bəyənmədiyini deyib: "VAR mənim xoşuma gəlmir. Mən futbolu hakim səhvləri və bəzən də oyunçuların aqressivliyi ilə sevirəm.

VAR oyunçuları təhlükəli oyundan qorumaq üçün yaxşıdır. Bu, mənim fikrimcə, VAR-dan istifadə üçün yeganə səbəbdir. Şəxsən mən futbolu hakimlər və oyunçuların səhvləri və digər şeylərlə də qəbul edirəm. Bu, futbolun daha maraqlı olmağına imkan verir".

Xəbər lenti