Xəzər Xəbər

“Qarabağ” bu gün “Linfild”lə qarşılaşacaq

İdman | 09:54 • 22 Avqust 2019
“Qarabağ” bu gün “Linfild”lə qarşılaşacaq
Bu gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçiriləcək.

XəzərXəbər xəbər verir ki, turnirdə yeganə təmsilçimiz "Qarabağ” da meydana çıxacaq.

Ağdam klubu Şimali İrlandiya səfərində "Llinfild”lə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.


22 avqust

Avropa Liqası


Pley-offun llk oyunları

22:45."Linfild" (Şimali İrlandiya) - "Qarabağ" (Azərbaycan)
Baş hakim
: Dandro Şener (Usveçrə)
"Vindsor Park". Belfast

Xəbər lenti