Xəzər Xəbər

"Trabzonspor" Starricin transferini tamamladı

İdman | 15:23 • 21 Avqust 2019
"Trabzonspor" Starricin transferini tamamladı

İngiltərənin "Liverpul" klubundan ayrılan Deniel Starric karyerasını Türkiyənin "Trabzonspor" klubundadavam etdirəcək.

"Sabah" qəzeti xəbər verir ki, İngiltərə millisinin üzvü ötən gün İstanbula gəlib. "Bord--mavililər"in prezidenti Ahmet Ağaoğlu ulduz futbolçu ilə müqavilə şərtlərini razılaşdırıb.

29 yaşlı futbolçu"Trabzonspor"la 3 illik müqavilə imzalayacaq. Onun illik maaşı bonuslarla birlikdə 3 milyon avro olacaq. Starricə 1,5 milyon avro imza pulu ödənilib.

Starric 2013-2019-cu illərdə "Liverpul"da çıxış edib.

Xəbər lenti