Xəzər Xəbər

Ronaldo futbolçuların fantastik qiymətə satılmasına etiraz etdi

İdman | 12:08 • 21 Avqust 2019
Ronaldo futbolçuların fantastik qiymətə satılmasına etiraz etdi
Portuqaliya millisinin və İtaliyanın "Yuventus" klubunun ulduzu Kriştiano Ronaldo on zamanlarda futbolçuların transfer qiymətinin fantastik qiymətə çatması ilə bağlı danışıb.

O, indiki zamanda futbolçuların heç nə göstərmədən 100 milyona avroya transfer edilməsinin mənfi hal olduğunu söyləyib.

Ronaldo müdafiəçi və qapıçıların da 70-80 milyona satılması ilə də razılaşmayıb. Buna baxmayaraq o bu qərarlara hörmət etməli olduğunu əlavə edib.

Qeyd edək ki, Ronaldo 2009-cu ildə "Mançester Yunayted”dən "Real Madrid”ə 94 milyon avroya transfer olunmuşdu. Bu, həmin dövrə qədər futbol tarixinin ən bahalı transferi idi.

Hazırda isə dünyanın ən bahalı transferi Neymardır. O, 2017-ci ildə 222 milyon avro qarşılığında "Barselona”dan PSJ-yə keçmişdi.

Xəbər lenti