Xəzər Xəbər

"Konyaspor" "Səbail"in sabiq futbolçusunu 500 minə transfer etdi

İdman | 11:59 • 21 Avqust 2019
"Konyaspor" "Səbail"in sabiq futbolçusunu

Türkiyənin "Konyaspor" klubu Xorvatiyanın "Qoritsa" klubunun hucmameyilli yarımmüdafiəçisi Faruk Miyanı transfer edib.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, Uqanda millisinin üzvü ilə üç illik müqavilə imzalanıb. Super Liqa təmsilçisi bu keçid üçün 500 min avro təzminat ödəyib. Gənc oyunçu yeni klubunda 21 nömrəli formada çıxış edəcək.

Belçikanın "Standart" klubu Miyanı 2018-ci ilin əvvəlində "Səbail"ə icarəyə vermişdi. 21 yaşlı futbolçu paytaxt klubunda 13 oyun 2 qol vurmuşdu.

Miya 2018-ci ildə transfer olduğu "Qoritsa"da 30 oyuna 5 qol vurub, 5 assist edib.

Xəbər lenti