Xəzər Xəbər

"Beşiktaş" Konoplyankanı transfer edir

İdman | 10:34 • 21 Avqust 2019
"Beşiktaş" Konoplyankanı transfer edir

"Beşiktaş"ın Almaniyanın "Şalke" klubunun vingeri YevgenKonoplyankanı transfer etmək üzrədir.

"NTV Spor" xəbər verir ki, İstanbul təmsilçisi ukraynalı futbolçunun keçidi üçün 3 milyon avro təzminat ödəyəcək. 29 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanacaq. Konnoplyanka illik 2,5 milyon avro maaş alacaq.

Peşəkar karyerasına "Dnepr"də başlayan futbolçu 2015-ci ildə "Sevilya"ya transfer olmuşdu. "Şalke" Konoplyankanı 2016-cı ildə əndəlüsiyalılardan icarəyə götürmüşdü və sonradan 12 milyon avro ödəyib, transfer hüququna yiyələnmişdi.

Xəbər lenti