Xəzər Xəbər

"Yuventus" yeni transferini icarəyə verdi

İdman | 15:13 • 20 Avqust 2019
"Yuventus" yeni transferini icarəyə verdi

İtaliyanın "Yuventus" klubu yeni transferi Luka Pelleqrinini icarəyə verib.

 

20 yaşlı futbolçu karyerasını digər A Seriya təmsilçisi "Kalyari"də davam etdirəcək. Klub saytı sol cinah müdafiəçisini bir illik icarəyə götürdüyünü açıqlayıb.

 

"Yuventus" Pelleqrinini "Roma"dan 22 milyon avroya transfer etmişdi. İtaliyalı futbolçu ilə 5 illik müqavilə imzalanmışdı.

Xəbər lenti