Xəzər Xəbər

“Qarabağ” klubu Azərbaycan Premyer Liqasının yeni mövsümünə qələbə ilə başlayıb

İdman | 09:04 • 17 Avqust 2019
“Qarabağ” klubu Azərbaycan Premyer Liqasının yeni mövsümünə qələbə ilə başlayıb

Avqustun 16-da futbol üzrə Azərbaycan Premyer Liqasının 2019-2020-ci il mövsümünə start verilib.


Xezerxeber.az xəbər verir ki, 28-ci ölkə çempionatının "Dalğa Arena”da oynanılan açılış matçında sonuncu çempion "Qarabağ” komandası "Keşlə”nin qonağı olub. Görüş ağdamlıların minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu matçın 78-ci dəqiqəsində İsmayıl İbrahimli vurub.


Xatırladaq ki, birinci tur çərçivəsində avqustun 17-də "Qəbələ” – "Sumqayıt” görüşü oynanılacaq. Avqustun 17-də "Səbail” və "Zirə”, bir gün sonra isə "Neftçi” və "Sabah” komandaları qarşılaşacaqlar.

Xəbər lenti