Xəzər Xəbər

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına start verilir

İdman | 10:18 • 16 Avqust 2019
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına start verilir

Avqustun 16-da futbol üzrə Azərbaycan Premyer Liqasının 2019-2020-ci illər mövsümünə start veriləcək.


Xezerxeber.az xəbər verir ki, sayca 28-ci ölkə çempionatının ilk turu 4 günü əhatə edəcək. Açılış matçında son çempion "Qarabağ” ötən mövsümü axırıncı yerdə bitirən "Keşlə”nin qonağı olacaq. Görüş "Dalğa Arena"da baş tutacaq.


İlk turda keçiriləcək "Qəbələ” – "Sumqayıt” matçı avqustun 17-də, "Səbail” – "Zirə” görüşü avqustun 18-də, "Neftçi” – "Sabah” oyunu isə avqustun 19-da olacaq.

Xəbər lenti