Xəzər Xəbər

“Qarabağ”ın Avropa Liqasında “Linfild”lə oyunlarının başlama saatı açıqlanıb

İdman | 10:06 • 16 Avqust 2019
“Qarabağ”ın Avropa Liqasında “Linfild”lə oyunlarının başlama saatı açıqlanıb

Ağdamın "Qarabağ” klubunun növbəti avrokubok oyunlarının vaxtı açıqlanıb.


Xezerxeber.az-ın məlumatına görə, Avropa Liqasının pley-off mərhələsinin "Linfild”lə oyununun başlama saatı dəqiqləşib.


Şimali İrlandiya təmsilçisi ilə avqustun 22-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:45-də start götürəcək. "Qarabağ” səfər oyununa Belfastda "Vindsor Park”da çıxacaq.


Avqustun 29-da Bakıda baş tutacaq matç isə saat 20:00-da başlayacaq. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

Xəbər lenti