Xəzər Xəbər

“Neftçi” UEFA Avropa Liqasında mübarizəsini dayandırıb

İdman | 09:01 • 16 Avqust 2019
“Neftçi” UEFA Avropa Liqasında mübarizəsini dayandırıb

UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində "Bney Yehuda” - "Neftçi” oyunu keçirilib.


Xezerxeber.az xəbər verir ki, görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində yeganə qolun müəllifi 90-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Emin Mahmudov olub.


Beləliklə, "Neftçi” iki oyunun nəticəsinə əsasən UEFA Avropa Liqasında mübarizəsini dayandırıb.


"Bney Yehuda” klubu play-off mərhələsində "Malmö” (İsveç) – "Zrinski” (Bosniya və Herseqovina) duelinin qalibi ilə qarşılaşacaq.

Xəbər lenti