Xəzər Xəbər

Tokio-2020-nin talismanları təqdim olunub

İdman | 12:35 • 23 İyul 2019
Tokio-2020-nin talismanları təqdim olunub

Yaponiyanın paytaxtı Tokioda 2020-ci ildə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının robot-talismanlarının təqdimatı təşkil olunub.


Rəmzlərin adları məktəblilər arasında keçirilən səsvermə ilə müəyyənləşib.


Nəticədə Miraytova Olimpiadanın, Someyti Paralimpiadanın talismanı olub.


Miraytovanın adı "Miray” (Gələcək) və "Tova” (Əbədi) sözlərinin birləşməsidir. Someyti isə "Sakura” sözündən əmələ gəlib və belə möhtəşəm deməkdir.


Qeyd edək ki, Tokio-2020 iyulun 24-dən avqustun 4-dək, Paralimpiada isə avqustun 25-dən sentyabrın 6-dək keçiriləcək.

Xəbər lenti