Xəzər Xəbər

Nigeriyalı Odion İqhalo Afrika Kuboku turnirinin ən məhsuldar futbolçusu olub

İdman | 13:27 • 20 İyul 2019
Nigeriyalı Odion İqhalo Afrika Kuboku turnirinin ən məhsuldar futbolçusu olub

Nigeriya millisinin hücumçusu Odion İqhalo Misirdə keçirilən Afrika Millətlər Kuboku turnirinin ən məhsuldar futbolçusu olub.


AZƏRTAC xəbər verir ki, 30 yaşlı forvard turnirdə 7 oyunda 5 qol vurub. Bununla da o, komandasının bürünc medallara layiq görülməsində mühüm rol oynayıb.


Xatırladaq ki, iyulun 17-də turnirdə üçüncü yer uğrunda qarşılaşmada Nigeriya millisi Tunis yığmasını minimal hesabla məğlub edib. Oyunda yeganə qolu 3-cü dəqiqədə Odion İqhalo vurub. Bununla da Nigeriya millisi tarixində səkkizinci dəfə Afrika Millətlər Kubokunun bürünc medallarına sahib olub.

Xəbər lenti