Xəzər Xəbər

“Qarabağ”ın Çempionlar Liqasındakı oyununun hakimləri müəyyənləşib

İdman | 12:26 • 20 İyul 2019
“Qarabağ”ın Çempionlar Liqasındakı oyununun hakimləri müəyyənləşib

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları üçün hakim təyinatları açıqlanıb.


Xezerxeber.az-ın məlumatına görə, Azərbaycan çempionu "Qarabağ”ın İrlandiyada "Dandolk”a qarşı keçirəcəyi görüşün hakimləri bəlli olub.


İyulun 24-də Dandolkun "Oriel Park” stadionunda keçiriləcək matçı polşalı hakimlər idarə edəcək. Bartoş Frankovski referi, Marçin Bonyek və Yakub Vinkler köməkçi hakimlər olacaq. Daniel Stefanski dördüncü hakim funksiyasını yerinə yetirəcək.


İsveçli Peter Froydfeldt hakim-inspektor, lüksemburqlu Şarl Şak UEFA nümayəndəsi vəzifəsini icra edəcək.

Xəbər lenti