Xəzər Xəbər

Dünya və Avropa çempionu polisləri təhqir edib

İdman | 17:48 • 19 İyul 2019
Dünya və Avropa çempionu polisləri təhqir edib

Fransa milli komandasının və "Yuventus”un sabiq futbolçusu David Trezeqe qalmaqalla diqqət mərkəzinə düşüb.


APA-nın məlumatına görə, içkili vəziyyətdə avtomobil idarə edən futbol veteranı sürücülük vəsiqəsindən məhrum olunub.


O, hadisə zamanı polisləri təhqir etməkdə günahlandırılır. Şahidlərin dediyinə görə, D. Trezeqe ciddi qayda pozuntusuna yol verdiyi üçün saxlanılıb. Fransalı uzun müddət alkoqol testindən də imtina edib.


Faktla bağlı araşdırma aparılır.


Qeyd edək ki, D. Trezeqe 1998-2008-ci illərdə Fransa millisində oynayıb. O, bu komanda dünya və Avropa çempionu olub.

Xəbər lenti