Xəzər Xəbər

Meksikada 20 yaşlı futbolçu öldürülüb

İdman | 14:59 • 18 İyul 2019
Meksikada 20 yaşlı futbolçu öldürülüb

Meksikanın "Dorados de Sinalos” klubunun futbolçusu Mirşa Fransisko Errera Qastelum dünyasını dəyişib.


Xezerxeber.az-ın məlumatına görə, 20 yaşlı sol cinah müdafiəçisi restoranda tanımadığı şəxslər tərəfindən öldürülüb.


Futbolçuya hücum edən 4 nəfər ona bıçaq xəsarətləri yetirib. M. Qastelum təcili xəstəxanaya çatdırılsa da, həkimlər həyatını xilas edə bilməyiblər.


Meksika polisi faktla bağlı araşdırmaya başlayıb.


Qeyd edək ki, M. Qastelum son 5 ildə "Dorados” oynayırdı.

Xəbər lenti