Xəzər Xəbər

İngiltərə millisinin futbolçusu “Mançester Siti”dən “Everton”a keçib

İdman | 10:27 • 16 İyul 2019
İngiltərə millisinin futbolçusu “Mançester Siti”dən “Everton”a keçib

İngiltərənin "Everton” klubu növbəti transferini rəsmiləşdirib.


Premyer Liqa təmsilçisi İngiltərə milli komandasının yarımmüdafiəçi Fabian Delfi heyətinə qatıb.


"Mançester Siti”nin sabiq futbolçusu yeni klubu ilə üç illik müqavilə imzalayıb. F.Delf 2022-ci ilin yayına qədər "Everton”da çıxış edəcək.


Qeyd edək ki, yarımmüdafiəçi 2018/19 mövsümündə 14 oyun keçirib. O, İngiltərə yığması ilə DÇ-2018-də də iştirak edib.

Xəbər lenti