Xəzər Xəbər

“Neftçi” – “Speranta” matçının hakimləri müəyyənləşib

İdman | 16:54 • 15 İyul 2019
“Neftçi” – “Speranta” matçının hakimləri müəyyənləşib

UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsində Bakının "Neftçi” və Moldovanın "Speranta” komandaları arasında keçiriləcək cavab görüşünü idarə edəcək hakimlər müəyyənləşib.


Xezerxeber.az xəbər verir ki, qarşılaşmanı Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Yulian Vaynbergerin köməkçiləri həmyerliləri Maksimilian Kolbiç və Mixael Nemets olacaqlar. Andrea Hayss isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.


İyulun 18-də "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Speranta” matçı saat 21:00-da başlayacaq. Moldovada keçirilən ilk görüşdə "Neftçi” 3:0 hesabı ilə qalib gəlib.


Xəbər lenti