Xəzər Xəbər

Azərbaycan cüdoçuları XXX Ümumdünya Yay Universiadasını bürünc medalla başa vurublar

İdman | 14:47 • 8 İyul 2019
Azərbaycan cüdoçuları XXX Ümumdünya Yay Universiadasını bürünc medalla başa vurublar

Azərbaycan cüdoçuları İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasını bürünc medalla başa vurublar.


Kişi cüdoçularımız Türkmənistan, Almaniya və Fransa yığmalarını məğlub edərək yarımfinala vəsiqə qazanıblar. Yarımfinalda Rusiya komandasına uduzan Azərbaycan millisi bürünc medal uğrunda görüşdə Braziliya cüdoçularına 3:2 hesabı ilə qalib gəlib. Millimizlə yanaşı, Yaponiya komandası da üçüncü yeri tutub. Rusiya birinci, Cənubi Koreya isə ikinci olub.


Qeyd edək ki, cüdoçumuz Hidayət Heydərov universiadanın fərdi yarışlarında gümüş medal qazanıb.

Xəbər lenti