Xəzər Xəbər

Marselo sürücülük hüququndan məhrum edildi

İdman | 14:37 • 4 İyul 2019
Marselo sürücülük hüququndan məhrum edildi

"Real"ın futbolçusu Marselo sürücülük hüququndan məhrum edilib.

XəzərXəbər goal.az-a istinadən xəbər verir ki, buna səbəb 31 yaşlı müdafiəçinin avtomobil idarə edərkən spirtli içki testindən imtina etməsidir.

Oyunçu Braziliyanın Rio-de-Janeyro şəhərində polis tərəfindən saxlanılıb. Lakin o testdən imtina edərək 675 avro ödəmək qərarına gəlib. Oyunçu bir il ərzində ölkədə avtomobil idarə etmək hüququndan məhrum olub.

Qeyd edək ki, braziliyalı futbolçu yığmanın baş məşqçisi Titenin qərarı ilə ölkəsində keçirilən Amerika Kuboku turnirində iştirak etmir. O, bu səbəbdən ailəsi ilə birlikdə tətildədir. Marselo 2007-ci ildən "Real"ın formasını geyinir.

Xəbər lenti