Xəzər Xəbər

"Mançester Siti"dən 70 milyon avroluq transfer

İdman | 11:42 • 4 İyul 2019
"Mançester Siti"dən 70 milyon avroluq transfer

İngiltərənin "Mançester Siti" klubu yeni transferini reallaşdırıb.

"Şəhərlilər" İspaniyanın "Atletiko" klubunun yarımmüdafiəçisi Rodrini transfer edib. Madrid təmsilçisi saytı vasitəsi ilə Mançester klubunun 23yaşlı futbolçunun sərbəst qalma dəyərini ödədiyini yazıb.

İspaniya millisinin üzvünün 70 milyon avroluq sərbəst qalma qiyməti var.

Rodri 2018-ci ildə 25 milyon avroya "Vilyarreal"dan "Atletiko"ya keçmişdi.

Xəbər lenti