Xəzər Xəbər

"Lion"dan 25 milyon avroluq transfer

İdman | 17:21 • 3 İyul 2019
"Lion"dan 25 milyon avroluq transfer

Fransanın "Lion" klubu yeni transferini açıqlayıb.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, "şirlər" "Lill"in dayaq yarımmüdafiəçisi Tiaqo Mendesi transfer edib. Braziliyalı futbolçunun transferi üçün "Lion" 25 milyon avro təzminat ödəyib.

27 yaşlı futbolçu 2017-ci ildə "San-Paulu"dan 9 milyon avro qarşılığında "Lill"ə keçmişdi.

Xəbər lenti