Xəzər Xəbər

"Atletiko" "Portu"nun futbolçusunu transfer etdi

İdman | 14:42 • 3 İyul 2019
"Atletiko" "Portu"nun futbolçusunu transfer etdi

İspaniyanın "Atletiko" yeni transferini açıqlayıb.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi "Portu"nun futbolçusu Felipeni transfer edib. 30 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. "Atletiko" bu keçid üçün 20 milyon avro təzminat ödəyib.

Braziliya millisinin üzvü 2016-cı ildə "Korintians"dan "Portu"ya keçmişdi.

Xəbər lenti