Xəzər Xəbər

"Qalatasaray"dan ayrılan futbolçu İtaliya klubunda

İdman | 12:07 • 3 İyul 2019
"Qalatasaray"dan ayrılan futbolçu İtaliya klubunda

"Qalatasaray"la müqaviləsi başa çatan Sinan Gümüş karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

XəzərXəbər "Football Italia"ya istinadən xəbər verir ki, 25 yaşlı hücumçu "Cenoa" ilə anlaşıb. Transferin tezliklə açıqlanacağı gözlənilir.

Türkiyə əsilli almaniyalı futbolçuötən mövsüm 30 oyuna 5 qol vurub, 3 assist edib.

Sinan "Qalatasaray"a 2014-cü ildə "Ştutqart"dan keçmişdi.

Xəbər lenti