Xəzər Xəbər

“Barselona” Messiyə Argentinada əvəz axtarır: 112 milyon avro təklif olunur – FOTO

İdman | 13:43 • 2 İyul 2019
“Barselona” Messiyə Argentinada əvəz axtarır:

Lionel Messinin 32 yaşı tamam oldu. "Barselona”nın ulduzu karyerasının son illərini keçirir. İspaniya mətbuatında hesab edirlər ki, Kataloniya klubu daim ona əvəz axtarır.

"Barselona” Argentina milli komandasının başqa bir futbolçusunu bəyənib. "İnter”də oynayan Lautaro Martinez klub rəhbərliyinin diqqətini çəkib. Argentinanın "La Red” radiosu belə iddia irəli sürüb.

Lautaro Martinez

Lautaro Martinez

Martines Braziliyada keçirilən Amerika Kubokunda yüksək səviyyədə çıxış edir. Hücumçu Argentina milli komandasının iki qolunun müəllifi olmağa imkan tapıb. Hətta mütəxəssislər onun yarışda Messidən daha yaxşı təsir bağışladığını deyirlər.

"Barselona” Martinesi transfer etməkdə maraqlıdır. Katalonlar İtaliya klubuna 112 milyon avro ödəməyə hazırdır. Hərçənd, "İnter”in yeni baş məşqçisi Antonio Konte argentinalını əldən vermək fikrində deyil. Baxmayaraq ki, Romelu Lukaku və Edin Cekonun hücum xəttinə kömək üçün transferi gündəmdədir.

Martines keçən mövsüm A seriyasının 27 oyununda meydana çıxmışdı. Hücumçu çox fərqlənə bilməmişdi, cəmi 6 qol vurmuşdu./Bizimyol.info

Xəbər lenti