Xəzər Xəbər

"Monako" "Atletiko"nun futbolçusunu transfer etdi

İdman | 13:25 • 2 İyul 2019
"Monako" "Atletiko"nun futbolçusunu transfer etdi

Fransanın "Monako" klubu heyətini gücləndirib.

XəzərXəbər klubun saytına istindən xəbər verir ki, "knyazlıq klubu" ötən mövsümün ikinci yarısında "Atletiko"dan icarəyə götürdüyü Jelson Martinşin transfer hüququna yiyələnib.

23 yaşlı vingerin keçidi üçün Madrid klubuna 22 milyon avro ödənilib. Portuqaliyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Martinş "Sportinq"in yetirməsidir. Portuqaliya millisinin üzvü ötən yay Madrid klubuna 30 milyon avroya transfer olub.

Xəbər lenti