"İnter" heyətinə yeni futbolçu qatıb.
XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, Milan təmsilçisi "Herta"nın yarımmüdafiəçisi Valentino Lazaronu transfer edib. 23 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. "İnter" Almaniya klubuna 22 milyon avro ödəyib.
Qeyd edək ki, Lazaro "Herta"ya 2018-ci ildə "Zalsburq"dan 6.5 milyon avroya transfer olunub. 23 yaşlı futbolçu ötən mövsüm ötən mövsüm 34 rəsmi oyuna çıxaraq 3 qol vurub və 7 məhsuldar ötürmə verib.
Fanat.Az