Xəzər Xəbər

"Barselona" futbolçusunu "Selta"ya satdı

İdman | 16:57 • 1 İyul 2019
"Barselona" futbolçusunu "Selta"ya satdı

"Barselona" yarımmüdafiəçisi Denis Suareslə yolları ayırıb.

25 yaşlı yarımmüdafiəçi karyerasını La Liqanın digər təmsilçisi "Selta"da davam etdirəcək. Klub saytının məlumatına görə, Suareslə 4 illik müqavilə imzalanıb. Viqo təmsilçisi bu keçid üçün 12,9 milyon avrosundan keçib. Daha 3.1 milyon avro bonus şəklində ödənəcək.

"Selta"nın yetirməsi olan Suares 2011-ci ildə "Mançester Siti"dən "Barselona"ya keçmişdi. "Barselona" Denisi 2015-ci ildə "Vilyarreal"a satdıqdan bir il sonra geri qaytarmışdı. İspaniyalı futbolçu ötən mövsümün ikinci yarısını icarə əsasında "Arsenal"da keçirib.

Xəbər lenti