Xəzər Xəbər

PAOK-da gözlənilməz ayrılıq: Luçeksu komandanı tərk etdi

İdman | 16:44 • 29 İyun 2019
PAOK-da gözlənilməz ayrılıq: Luçeksu komandanı tərk etdi

Yunanıstanı Çempionlar Liqasında təmsil edəcək PAOK-da baş məşqçi ayrılığı reallaşıb.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, komandanın çalışdırıcı Razvan Luçesku ilə yollar ayrılıb. Onun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildiyi qeyd edilib.

Rumıniyalı mütəxəssis Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə anlaşıb. Bu səbəbdən də onunla yollar ayrılıb.

50 yaşlı çalışdırıcı 2017-ci ildə PAOK-un baş məşqçisi təyin edilmişdi. Saloniki klubu ötən mövsüm 34 ildən sonra ilk dəfə çempion olmağı bacarmışdı.

Razvan məşhur rumıniyalı mütəxəssis Mirça Luçeskunun oğludur.

Xəbər lenti