Xəzər Xəbər

"Yuventus"la "Roma" futbolçularını dəyişdi

İdman | 16:37 • 29 İyun 2019
"Yuventus"la "Roma" futbolçularını dəyişdi

İtaliyanın "Yuventus" və "Roma" klubları transfer anlaşması əldə edib.

"Roma" "Yuventus"un müdafiəçisi Leonardo Spinatsolanı transfer edib. "Canavarlar" bu keçid üçün qarşı tərəfə sol cinah futbolçusu Luka Pelleqrinivə 10 milyon avro təzminat verib.

Spinatsola "Yuventus" akademiyasının yetirməsidir. 26 yaşlı müdafiəçi 2016-cı ildən icarə əsasında "Atalanta"da çıxış edirdi. İtaliya millisinin üzvü "Roma" ilə 5 illik müqavilə bağlayıb. Onun illik maaşı 2,5 milyon avro olacaq.

"Roma"nın yetirməsi olan Pelleqri ötən mövsümün ikinci yarısını icarə əsasında "Kalyari"də keçirib. 20 yaşlı futbolçu "Yuventus"la 5 illik müqavilə imzalayıb. Pelleqrinin illik maaşı 1,4 milyon avro olacaq.

Xəbər lenti