Xəzər Xəbər

PSJ ispaniyalı futbolçuları transfer etdi

İdman | 16:54 • 28 İyun 2019
PSJ ispaniyalı futbolçuları transfer etdi

Fransanın PSJ klubu iki transferi həll edib.

XəzərXəbər "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi "Mançester Yunayted"dənayrılan Ander Herreranı rənglərinə bağlayıb. 29 yaşlı ispaniyalı futbolçu paytaxt klubuna azad agent statusu ilə keçib.

PSJ "Sevilya"nın hücumameyilli yarımmüdafiəçisiPablo Sarabiyanı da transfer edib. 27 yaşlı ispaniyalı futbolçunun keçidi üçün əndəlüsiyalılara18 milyon avro təzminiat ödənilib.

Son Fransa çempionu ispaniyalı oyunçuların transferini iyulun 1-dən sonra rəsmən açıqlayacaq.

Xəbər lenti