İspaniyanın "Sevilya" klubu yeni transferini açıqlayıb.
XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisi "Eybar"ın yarımmüdafiəçisi Joan Jordanı transfer edib. 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Əndəlüsiyalılar ispaniyalı oyunçunun keçidi üçün 15 milyon avro təzminat ödəyib.
Peşəkar karyerasına "Espanyol"da başlayan Joan Jordan 2017-ci ildə "Eybar"a keçmişdi.