Xəzər Xəbər

Xames yarışına "Atletiko" da qoşuldu

İdman | 14:52 • 28 İyun 2019
Xames yarışına "Atletiko" da qoşuldu

"Real"ınyolları ayırmağa qərar verdiyi Xames Rodriqesdaha bir klubun maraq dairəsinə düşüb.

XəzərXəbər AS nəşrinə istinadən xəbər verir ki, Joau Felişi "Benfika"dan 126 milyon avroya transfer edən "Atletiko" Xamesi də hədəfinə alıb. Madrid təmsilçisi kolumbiyalı yarımmüdafiəçinin transferi üçün hərəkətə keçib.

27 yaşlı futbolçu "Napoli"nin də transfer hədəfindədir.

Futbolçunun atası Vilson Rodriqes oğlunun gələcəyi ilə bağlı bunları deyib: "Məncə, Xames "Real"dan getməlidir. "Napoli"nin onun üçün yaxşı seçim olduğunu düşünürəm. Karlo Ançelotti ilə yaxşı münasibəti var".

Qeyd edək ki, "Real" Rodriqesi 2014-cü ildə "Monako"dan 75 milyon avroya transfer edib. Kolumbiya millisinin üzvü son iki mövsümü "Bayern"də keçirib.

Xəbər lenti