Xəzər Xəbər

"Mançester Siti" Everton üçün təklif göndərdi

İdman | 17:33 • 27 İyun 2019
"Mançester Siti" Everton üçün təklif göndərdi

"Mançester Siti" Braziliya millisinin üzvü Everton Soaresi transfer hədəfinə alıb.

XəzərXəbər "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, "şəhərlilər" 23 yaşlı hücumçunun çıxış etdiyi Braziliya təmsilçisi "Qremio"ya40 milyon avro təklif edib. Evertona5 illik müqavilə təklif edilib. Transfer reallaşsa, futbolçunun illik maaşı 4,5 milyon avro olacaq.

Qeyd edək ki, Everton "Qremio"nun yetirməsidir.

Xəbər lenti