Xəzər Xəbər

"Napoli" və "Roma"dan transfer anlaşması

İdman | 16:55 • 27 İyun 2019
"Napoli" və "Roma"dan transfer anlaşması

"Roma" və "Napoli" transfer anlaşması əldə edib.

XəzərXəbər "Sky Italia"ya istinadən xəbər verir ki, "Napoli""Roma"nın 28 yaşlı yunanıstanlı müdafiəçisi Kostas Manolası 34 milyon avroya transfer edib.

Neapollular 21 yaşlı futbolçusu Amadu Diavaranı qarşı tərəfə verib. "Roma"qvineyalı dayaq yarımmüdafiəçisi üçün 20 milyon avro təzminat ödəyib.

Manolas 2014-cü ildən "Roma"da çıxış edirdi. Diavara 2016-cı ildən "Napoli"nin uğurları üçün çalışırdı.

Xəbər lenti