Xəzər Xəbər

Hacı Əliyev erməni rəqibini DARMADAĞIN ETDİ

İdman | 14:04 • 26 İyun 2019
Hacı Əliyev erməni rəqibini

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev "Minsk 2019" II Avropa Oyunlarına qələbə ilə başlayıb.

65 kq çəki dərəcəsində olan idmançımız 1/8 final görüşündə Ermənistan təmsilçisi Volodya Franqulyanı 6:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə keçid alıb.

Hacı Əliyev 1/4 final mərhələsində Belarus təmsilçisi George Kolievlə qarşılaşacaq.

Daha bir sərbəst güləşçi Hacımurad Hacıyev isə təsəlliverici qarşılaşmada Kirillos Binenmpauma 10:3 hesabı ilə qalib gələrək, bürünc medal qarşılaşmasına vəsiqə qazanıb. O, axşam seansında ukraynalı Vasili Mixaylovla qarşılaşacaq.

Xəbər lenti