Xəzər Xəbər

İngiltərə çempionu "Beşiktaş"a keçə bilər

İdman | 13:11 • 26 İyun 2019
İngiltərə çempionu "Beşiktaş"a keçə bilər

"Beşiktaş" yeni mövsüm üçün heyətini gücləndirmə işləri aparır.

"Qara qartal"ın Ömər Topraq planı baş tutmayınca istanbullular üzünü Britaniyaya döndərib. Belə ki, "Beşiktaş" son İngiltərə çempionu Manqalanı heyətinə cəlb etmək üçün danışıqlar aparır. "Siti"də son mövsüm zədə səbəbindən forma şansı qazana bilməyən 28 yaşlı fransalı futbolçunun "Beşiktaş"a keçidi real görünür.

Qeyd edək ki, İstanbul təmsilçisi transfer üçün 2 milyon avro təklif etsə də, ingilislər futbolçunu 4 milyon avrodan aşağı buraxmaq istəmir.

Xəbər lenti