Xəzər Xəbər

“Barselona” hücumçusunu satdı

İdman | 12:13 • 26 İyun 2019
“Barselona” hücumçusunu satdı
"Barselona” hücumçusu Mark Kardonanı satıb.


23 yaşlı forvard karyerasını "Osasuna”da davam etdirəcək. Bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb. Sequnda təmsilçisi 23 yaşlı forvardın transferi üçün "Barsa”ya 2.5 milyon avro ödəyib.


Qeyd edək ki, ispan futbolçu 2016-cı ildə "Barselona”ya transfer olunub. O, 2018-ci ilə qədər əvəzedici komandada, ötən mövsüm isə icarə əsasında "Eybar”da oynayıb.


Fanat.Az

Xəbər lenti