Xəzər Xəbər

“Hər oyunda bir az daha artıraraq, davam edəcəyik” - Messi

İdman | 15:32 • 25 İyun 2019
“Hər oyunda bir az daha artıraraq, davam edəcəyik” - Messi

Amerika kubokunun 3-cü turunun oyunları çərçivəsində Qətər milli komandasına 2:0 hesabı ilə qalib gələrək, 1/4 final mərhələsinə vəsiqə qazanan Argentina yığmasının hücumçusu Lionel Messi matçdan sonra açıqlama verib.


XəzərXəbər komanda.az-a istinadən xəbər verir ki, 32 yaşlı futbolçu, mərhələ keçməyin çətin olduğunu deyib:


"Təzyiq və mübarizəni dayandırmaq qorxusu ilə oynamaq heç asan deyil. Üstəlik, komandada belə matçlara öyrəşməmiş bir çox futbolçumuz var. Bu gün vacib olan qalib gəlmək və turnirdəki mübarizəni davam etdirmək idi.


İnsanların inamını yenidən qazanmaq üçün belə bir matça ehtiyacımız vardı. Hər oyunda bir az daha artıraraq, davam edəcəyik".

Xəbər lenti