Xəzər Xəbər

Sotomayor ermənini rinqə çıxdığına peşman etdi

İdman | 17:11 • 22 İyun 2019
Sotomayor ermənini rinqə çıxdığına peşman etdi

Belarusda keçirilən ikinci Avropa Oyunlarının boks yarışlarında rinqə çıxan təmsilçimiz Lorenzo Sotomayor ermənistanlı rəqibini böyük hesabla məğlubiyyətə uğradıb.

69 kiloqram çəki dərəcəsində mübarizə aparan L.Sotomayor onaltıda bir finalda Qurqen Madoyan ilə üz-üzə gəlib. Boksçumuz erməni rəqibinə heç bir şans verməyərək inamlı qələbə qazanıb – 5:0.

L.Sotomayor səkkizdə bir finalda Maqomed Şaçidov (Almaniya) – Adem Fetahoviç (Bosniya və Herseqovina) qarşılaşmasının qalibi ilə görüşəcək. (azərtac)

Xəbər lenti