Xəzər Xəbər

"Fənərbaxça" Adebayorla danışıqlara başladı

İdman | 16:57 • 22 İyun 2019
"Fənərbaxça" Adebayorla danışıqlara başladı

"Fənərbaxça" "Başakşəhər"dən ayrılan toqolu hücumçu Emmanuel Adebayoru transfer hədəfinə alıb.

XəzərXəbər "Sabah" qəzetinə istinadən xəbər verir ki, "sarı-lacıvərdlilər" azad agent statusu daşıyan 35 yaşlı forvardla danışıqlara başlayıb. Tərəflər razılığa gəlsə, transfer reallaşacaq.

Adebayor Türkiyə Super Liqasında 60 oyuna 24 qol vurub, 6 assist edib. Təcrübəli futbolçu "Mets", "Monako", "Arsenal", "Real", "Tottenhem", "Kristal Pelas" kimi klublarda oynayıb.

Xəbər lenti