Xəzər Xəbər

Neymarın bahalığı "Real"ı qorxutdu

İdman | 10:26 • 22 İyun 2019
Neymarın bahalığı "Real"ı qorxutdu

Madrid "Real”ının rəhbərliyi Fransanın PSJ klubunun braziliyalı hücumçusu Neymarı almaqdan imtina edib.

Bu haqda "Cadena COPE” bildirib.

Nəşrin məlumatına görə, madridlilər braziliyalı üçün mübarizə aparmağa hazırlaşmırlar. Qeyd edilir ki, "Real” artıq bir neçə futbolçunu transfer edib və demək olar ki, komandanı növbəti mövsüm üçün komplektləşdirib.

Mayın sonunda bildirilirdi ki, "Real” Neymara bir il üçün 70 milyon avro (gündə 191,8 min avro) təklif etməyə hazırdır. Eyni zamanda, PSJ bəyan etmişdi ki, sərfəli təklif alacağı halda, braziliyalını satmağa hazırdır.

Qeyd edək ki, Neymar 2017-ci il ildə record məbləğə - 222 milyon avroya "Barselona”dan PSJ-yə keçib.

Xəbər lenti